"Şu Çılgın Türkler"i yazan öldü
Tükiyənin tanınmış araşdırmaçı-yazarı Turqut Özakman 83 yaşında vəfat edib. "Şu Çılgın Türkler" kitabının müəllifi bu gün Ankarada müalicə aldığı xəstəxanada keçinib. APA TV-nin xəbərinə görə, Özakman bazar ertəsi Kocatepe Camesində qılınacaq cənazə namazından sonra Ankaradakı Karşıyaka Məzarlığında dəfn olunacaq.
1930-cu il sentyabrın 1-də Ankarada anadan olan Özakman dövlət işlərində çalışıb, vəkil, teatr xadimi kimi fəaliyyət göstərib, onlarla kitab yazıb. Yazarın ölüm xəbərindən sonra kitablarının satışı rekord həddə çatıb. Təkcə “Şu Çılgın Türkler” kitabının 1 milyon ədəd satıldığı məlum olub. Yazarın “Diriliş” adlı kitabı isə 250 bin ədəd satılıb.
83 yaşında vəfat edən mərhum 14 kitab yazıb, xeyli rolda oynayıb.