Elman Rüstəmov: "Bəzi banklara bir ay vaxt vermişik"
"Zəif, problemi olan banklar sistemdən uzaqlaşdırılmalıdır". APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumat görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.
AMB sədri qeyd edib ki, ilkin mərhələdə sistemi tərk edən banklar ödəmə qabiliyyətini itirənlərdir: "Maliyyə sektorunda konsolidasiya problemləri həmişə diqqət mərkəzində olub. Bağlanmış banklara diqqət yetirsək, görərik ki, onların ölkənin sosial-iqtisadi sistemində rolu bir o qədər də böyük deyil. Əksinə, maliyyə sabitliyi üçün problemlər yarada bilərdi".
Elman Rüstəmov bildirib ki, onun rəhbərlik etdiyi qurum bir neçə banka birləşmək üçün 1 ay vaxt verib: "Bu proses başa çatmalı və onlar vahid banka çevrilməlidirlər".
Xatırladaq ki, Elman Rüstəmov Neftçalada rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib.