Avro və rubl bahalaşdı - HƏFTƏNİN SON MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, fevralın 4-ü ilə müqayisədə ABŞ dollarının kursu manata nisbətdə aşağı düşüb. Mərkəzi Bank 1 dolların kursunu 1.5853 manat olaraq müəyyənləşdirib.
Avro isə manat qarşısında bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,7749 manatdır.
Rusiya rublunun kursunda da artım qeydə alınıb. Mərkəzi Bank 1000 Rusiya rublunun məzənnəsini 20 manat 70 qəpik olaraq açıqlayıb.
Qeyd edək ki, xarici valyutaların kursu həftə içi hər gün açıqlanır. Mərkəzi Bank yanvar ayından etibarən ABŞ dollarının kursunu bir gün əvvəldən açıqlayır.