Gürcüstanda əsgər "donuz qripi"ndən öldü
Qoridə hərbi hospitalda müalicə alan əsgər "donuz qripi" (H1N1) virusundan ölüb.
APA TV-nin Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Müdafiə Nazirliyindən bildiriblər ki, ölən əsgərin 38 yaşı olub. Həmin şəxs bir neçə gün hərbi hospitalda qripdən müalicə olunub. Onun 4 yaşlı övladı qalıb.
Hazırda Qori hospitalında 12 əsgər müalicə olunur, onların vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, indiyədək Gürcüstanda H1N1 virusundan 9 nəfər dünyasını dəyişib.