Ankaradan Kremlə sərt mesaj: "...Məsuliyyət Rusiyanın üzərinə düşəcək"

Türkiyə öz hava məkanının pozulmasının qarşısını almaq hüququnu özündə saxlayır. APA TV-nin məlumatına görə, bu barədə Türkiyə XİN-in rəsmi nümayəndəsi Tanju Bilgic bildirib.

 

“Bizim hava məkanımızın pozulması hallarının qarşısını almaq, lazımi tədbirlər görmək və müvafiq şəkildə cavab verməyə dair beynəlxalq qanunvericiliyə əsaslanan suveren hüququmuz var”, - deyə Türkiyə XİN-in saytında dərc olunmuş materialda bildirilir. 

 

Məlumatda qeyd olunur ki, Türkiyənin hava məkanının pozulması konkret nəticələrlə yekunlaşacaq və bunun məsuliyyəti Rusiyanın üzərinə düşəcək.

 

Qeyd edək ki, Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus "SU-34" təyyarəsi yanvarında 29-da Suriya istiqamətindən Türkiyənin hava məkanını pozub.

 

Müəllif | Apa.Tv