Bakıda yaşayış evində yanğın: ölən var
Bakıda baş verən yanğın 60 yaşlı kişinin ölümünə səbəb olub. APA TV-nin xəbərinə görə, hadisə Sabunçu rayonu ərazisində, Zabrat qəsəbəsində qeydə alınıb.
Qəsəbənin Babək küçəsi 14 ünvanında Zakir Vəliyevə məxsus ümumi sahəsi 120 kv. m olan kürsülü birmərtəbəli evin qonaq otağında yanğın baş verib. Hadisə nəticəsində 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 12 kv. m sahədə yanıb. Evin digər otaqları yanğınsöndürənlər tərəfindən mühafizə olunub.
Evə baxış keçirilən zaman Zakir Vəliyevin meyiti tapılıb. İlkin ehtimala görə, 60 yaşlı ev sahibi yanğının yaratdığı tüstüdən boğulub. Qonşularının sözlərinə görə, Zakir Vəliyev həmin evdə tək yaşayıb və içki aludəçisi olub.