Davudoğlu: "Rusiya diqqəti özünün Suriyadakı cinayətkar əməllərindən yayındırmağa cəhd edir"

Rəsmi Ankara Suriya ərazisinə hərbi hücum hazırlaması ilə bağlı Moskvanın ittihamlarına cavab verib.

 

APA TV-nin xəbərinə görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib ki, Ankaranı ittiham etməklə Rusiya dünya ictimaiyyətinin diqqətini özünün Suriyadakı cinayətkar əməllərindən yayındırmağa cəhd göstərir.

 

Əhməd Davudoğlu vurğulayıb ki, Türkiyə dövlətin və vətəndaşlarının təhlükəsizliyini təmin etmək hüququnu özündə saxlayır.

 

Öz növbəsində Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İ.Konaşenkov mətbuata açıqlamasında bildirib ki, Türkiyə Suriyaya hərbi müdaxilə planını həyata keçirmək üçün Reyhanlı-Sarmada bölgəsindəki nəzarət-buraxılış məntəqələrindən istifadə edir. O, Türkiyənin ünvanına səsləndirilən ittihamları peyk vasitəsilə çəkilən fotoşəkillərlə isbatlamağa çalışıb.

 

Son olaraq İqor Konaşenkov Türkiyənin intensiv şəkildə Suriya ərazisinə hərbi hücuma hazırlaşdığı barədə iddia səsləndirib.

Müəllif | Apa.Tv
Apa.tv