Bakıda iş adamı intihara cəhd edib
Bakıda intihara cəhd olub.
Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 40-45 yaşlarında kişi Nəqliyyat Nazirliyinin yaxınlığındakı körpünün üstünə çıxaraq, özünü yandıracağını bildirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. İntihar etmək istəyən şəxslə söhbət aparılıb və o, intihar etmək fikrindən daşınaraq, aşağı enməyə razı olub.
APA-nın əldə etdiyi məlumata görə, intihara cəhd edən şəxs Dönməz Məmmədov adlı sahibkardır. Bildirilir ki, iş adamı probleminin Nəqliyyat Nazirliyin ilə bağlı olduğunu deyib. Hazırda nazirliyin məsul şəxsləri onunla görüşürlər.