Gəncədə yük maşını minik avtomobili ilə toqquşdu

Gəncədə yük avtomobili ilə minik maşını toqquşub, xəsarət alanlar var. APA TV-nın qərb bürosunun xəbərinə görə, hadisə şəhərin Nizami küçəsi ilə Şəddadilər küçəsinin kəsişməsində qeydə alınıb.

 

“Tatra” markalı yük avtomobili ilə “VAZ-2106” markalı avtomobilin toqquşması zamanı iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb, vəziyyətlərinin normal olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli