Türkiyədə ailə dəhşəti: 9 nəfər güllələndi

Türkiyənin Gaziantep şəhərində dəhşətli cinayət törədilib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Yusuf Taş adlı Türkiyə vətəndaşı ondan ayrılmaq istəyən həyat yoldaşı Tuğba Taşın müvəqqəti yaşadığı qohumlarının evinə silahlı hücum edərək, qarşısına çıxan hər kəsi ov tüfəngi ilə güllələyib.

 

Qanlı hadisə zamanı həyat yoldaşı Tuğba Taş, onun xalası Şenel Çakmak, 23 yaşlı Duran və 16 yaşlı Ahmet Çakmak hadisə yerindəcə keçinib, adları hələlik məlum olmayan iki nəfər isə ağır yaralanıb.

 

Bundan sonra Sam məhəlləsində yaşayan əmisinin evinə gələn Yusuf Taş burada daha 5 nəfəri amansızlıqla qətlə yetirib.

 

Qətlə yetirilənlərin hamısı bir ailənin üzvləridir. Hazırda polis qatilin tapılması üçün əməliyyat tədbirləri keçirir.

Müəllif | Apa.Tv
Apa.tv