Şəmkirdə 9 yaşlı qız kanalda batdı
Şəmkirdə məktəbli qız kanalda batıb. APA TV-nin qərb bürosunun xəbərinə görə, bədbəxt hadisə ötən gün Şəmkir rayonun Abbaslı kəndində baş verib.
Kənd sakini, 2007-ci il təvəllüdlü Mələk Seyfəddin qızı Qurbanlı günorta saatlarında məktəbdən evə qayıdarkən ehtiyatsızlıqdan kəndin ərazisindən keçən su kanalına düşüb. Valideynləri qızın evə gəlmədiyini görərək, hüquq-mühafizə orqanlarına müraciət ediblər. Axtarış tədbirləri nəticəsində 9 yaşlı qızın meyiti kanalda aşkarlanıb. Onun ehtiyatsızlıqdan su kanalına düşdüyü bildirilir.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.