BMT kürsüsündən bəyanat: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olub və olacaq”
“20 il bundan öncə, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edərək, Azərbaycana qarşı gücdən istifadə edilməsini və onun torpaqlarının işğal edilməsini pisləyib. Təhlükəsizlik Şurası bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətini bir daha ifadə edib”. Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasının Ümumi Müzakirələrində çıxışı zamanı deyib.
Nazir bildirib ki, qətnamələrdə Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiqlənir və bütün işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edilir.
Elmar Məmmədyarovun sözlərinə görə, Azərbaycanın BMT-də irəli sürdüyü təşəbbüs əsasında 2005 və 2010-cu illərdə ATƏT-in rəhbərliyi altında fakt araşdırıcı və fakt qiymətləndirmə missiyaları işğal olunmuş ərazilərə səfər ediblər. Hər iki missiya tərəfindən bu ərazilərdə məskunlaşma, sərhədlərin geniş şəkildə yenidən cızılması, ilkin coğrafi adların dəyişdirilməsi və mədəni mülkiyyətə və müqəddəs ocaqlara münasibətdə ayrı-seçkili münasibətin bəslənilməsi kimi qeyri-qanuni əməllər sənədləşdirilib. SİTAT: “Lakin, bu missiyaların hazırladıqları tövsiyələr kağız üzərində qalıb. Bundan əlavə, Suriya ermənilərinin Dağlıq Qarabağ və işğal edilmiş yeddi ətraf Azərbaycan rayonlarına yerləşdirilməsi barəsində son məlumatlar və bu ərazilərə və oradan uçuşların təşkil edilməsi cəhdləri və digər bu kimi qeyri-qanuni əməllər Ermənistanın məqsədyönlü şəkildə Azərbaycan torpaqlarını işğal etmək siyasəti yürütdüyü barəsində sübutları ortaya qoyur”.
Xarici işlər naziri bildirib ki, Ermənistanın işğalçı siyasətinin uğurla nəticələnməsi mütləq şəkildə qeyri-mümkündür: SİTAT: “Dağlıq Qarabağ regionu Azərbaycanın ayrılmaz hissəsi olub, var və olacaq”.