Rusiya patriarxı ilə Roma papası arasında görüş keçiriləcək - TARİXDƏ İLK

Moskva və bütün Rusiyanın patriarxı Kirill və Roma Katolik Kilsəsinin başçısı Fransisk arasında tarixdə ilk dəfə görüş keçiriləcək.

 

APA TV-nin "Vesti.ru"-ya istinadən xəbərinə görə, görüşün fevralın 12-də Kubada keçirilməsi planlaşdırılır.

 

Görüşdə hər iki dini lider xristianlara qarşı yönələn təhdidləri müzakirə edəcəklər. Danışıqların yekunu olaraq Rus Pravoslav və Roma Katolik kilsələri arasında əməkdaşlıq haqqında bəyannamə imzalanması nəzərdə tutulub.

 

Bu arada Roma papası keçiriləcək görüş barəsində mətbuata açıqlama verib. "Biz problemlərin aradan qaldırılmasına eyni xoş məram və məsuliyyətlə yanaşırıq", - deyə, o bildirib.

 

Roma papası eyni zamanda Rus Pravoslav Kilsəsinə və onun yaratdığı ənənələrə hörmət etdiklərini də qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv