Göyçayda kütləvi dava: 20 yaşlı gənc öldürüldü
Göyçay rayonunda qətl hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:00 radələrində Göyçayın Ərəbcəbirli kəndi ərazisində qeydə alınıb.
Gənclər arasında baş verən kütləvi dava zamanı bıçaq xəsarəti alan Göyçay şəhər sakini, 1996-cı il təvəllüdlü Heydər Əbülfəz oğlu İbrahimov ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb.
Onu bıçaqlayan şəxsin 1993-cü il təvəllüdlü Ərəbcəbirli kənd sakini Əli Azər oğlu Səmədov olduğu məlum olub. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Əli Səmədov Ərəbcəbirli kənd bələdiyyəsinin sədri Səyyaf Səmədovun qardaşı oğludur. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparırlar.