Zaqatalada ər və arvad dəm qazından zəhərləndi
Zaqatalada ər və arvad dəm qazından zəhərlənib.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA TV-yə verilən məlumata görə, fevralın 5-də saat 18:45 radələrində Zaqatala şəhəri, M.Müşfiq küçəsi 87 ünvanında yaşayan, 1963-cü il təvəllüdlü Təranə Sabir qızı İmani huşsuz vəziyyətdə, onun həyat yoldaşı isə zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olublar.
Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 53 yaşlı Təranə İmani yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib və əri tərəfindən huşsuz vəziyyətdə aşkar edilib. Ər həyat yoldaşını xilas etmək istəyərkən özü də dəm qazından zəhərlənib.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən ər və arvada tibbi yardım göstərildikdən sonra vəziyyətləri stabilləşib.
Faktla bağlı araşdırma aparılır.