Azərbaycan MN: Düşmənin ən azı 2 hərbi texnika və canlı qüvvəsi məhv edilib
Azərbaycan Müdafiə Nazirliyi ermənilərin hərbi texnika və canlı qüvvəsinin məhv edilməsinə dair yeni video-görüntü yayıb.
APA TV-nin məlumatına görə, nazirliyin saytına bununla bağlı video yerləşdirilib.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, əvvəlcədən müəyyən edilmiş koordinatlara əsasən, düşmənin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfinin texnikası və şəxsi heyəti sıradan çıxarılıb. Ehtimala görə, düşmən tərəfdən ən azı 2 hərbi texnika və canlı qüvvə məhv edilib.