Sabah Azərbaycanın bəzi yerlərində sulu qar və qar yağacaq

Fevralın 7-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, güclü şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5 dərəcə, gündüz 5-7 dərəcə, Bakıda gecə 3-5 dərəcə, gündüz 5-7 dərəcə isti olacaq.

 

Fevralın 7-də Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 2-6 dərəcə, gündüz 6-10 dərəcə, dağlarda gecə və gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv