Övladlarının meyitini soyuducuda gizlədən qadına ittiham irəli sürüldü! - ŞOK

Rusiyada övladlarını xüsusi qəddarlıqla qətlə yetirən qadına qarşı rəsmi ittiham irəli sürülüb. Bu ilin mayında Sredneuralsk şəhərinin mağazalarından birində yeni doğulmuş iki körpə meyiti aşkarlandıqdan sonra cinayət işi başlanıb. Təhqiqat nəticəsində körpələri bu mazağada satıcı işləyən qadının qətlə yetirildiyi müəyyənləşib. İstintaq zamanı məlum olub ki, 2007 və 2009-cu illərdə övlad dünyaya gətirən qadın onları necə böyüdəcəyini bilmədiyindən öldürmək qərarına gəlib. Doğuşdan sonra körpələrini balkonda saxlayan qadın sonra meyitləri evdəki soyuducuda gizlədib. Daha sonra cinayətin üstünün açılacağını bilən qadın meyitəri mağazaya gətirərək böyük soyuducuda gizlədib. Meyitlər bir neçə il soyuducuda qalıb. Ekspertiza zamanı qadının bu cinayətləri anlaqlı vəziyyətdə törətdiyi müəyyənləşib. Artıq uşaqlarının atasının kimliyi də müəyyənləşib. Dünən qadına xüsusi qəddarlıqla qarşı qəsdən adamöldürmə maddəsi ilə rəsmi ittiham irəli sürülüb.

Müəllif | Apa.Tv
Apa.tv