Davudoğlu: "Anti-PKK əməliyyatlarında dağılmış tikililər bərpa ediləcək"

Türkiyənin baş naziri Əhməd Davudoğlu kürd regionlarını bərpa etməyi, terrorçuluqla mübarizə aparılacağını vəd edir.

 

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, Türkiyənin Mardin şəhərindəki çıxışı hökumət rəhbəri PKK-ya qarşı bölgədə keçirilən hərbi əməliyyatlar nəticəsində dağılmış bütün tikililəri, eləcə də ümumilikdə, regionda sabitliyin bərpa ediləcəyi vədini verib.

O, həmçinin terrorizmdən əziyyət çəkənlərə kompensasiya veriləcəyini də bildirib. Baş nazir qeyd edib ki, ölkəsinin gördüyü tədbirlər istisnasız olaraq silahlılara qarşı yönəlib: “Biz ictimai qaydanı bərpa edəcəyik və qaydaların hər hansı bir səbəbdən pozulmasından asılı olmayaraq, bunu edənlər mütləq şəkildə cəzalandırılacaq: istər bu, konservativ ruhlu sünni əhalinin heysiyyatı ilə oynayan İŞİD və kürdlərin hislərinə toxunan PKK və digərləri olsun”.


Kürdlərin kompakt yaşadığı bölgələrdə hərbi əməliyyatların keçirilməsi yüzlərlə insanın təhlükəli əraziləri tərk etməsinə səbəb olub. Həm PKK, həm də digər kürd birləşmələrinə terrorçu gözü ilə baxan Ankara 2015-ci ilin yay aylarında onların həm Türkiyə, həm də qonşu İraq və Suriyada ərazisindəki məntəqələrinə aviazərbələr endirib. 

Müəllif | Apa.Tv
Apa.tv