Dollar, avro və rubl ucuzlaşdı - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, fevralın 5-i ilə müqayisədə ABŞ dollarının kursu manata nisbətdə aşağı düşüb. Mərkəzi Bank 1 dolların kursunu 1,5819 manat olaraq müəyyənləşdirib.

 

Avrozonanın vahid valyutası da manat qarşısında ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,7610 manatdır.

 

Rusiya rublunun kursunda da azalma qeydə alınıb. Mərkəzi Bank 1000 Rusiya rublunun məzənnəsini 20 manat 50 qəpik olaraq açıqlayıb.

 

Qeyd edək ki, xarici valyutaların kursu həftə içi hər gün açıqlanır. Mərkəzi Bank yanvar ayından etibarən ABŞ dollarının kursunu bir gün əvvəldən açıqlayır.

Müəllif | Apa.Tv
Apa.tv