Türkiyədə Qurani-Kərimin içindən bomba çıxdı
Türkiyənin Şırnaq rayonunun Cizrə qəsəbəsində keçirilən əməliyyat zamanı PKK terrorçularına aid xeyli silah-sursat ələ keçirilib.
APA TV-nin "FOX TV"yə istinadən verdiyi məlumata görə, müəyyən edilib ki, evdə tapılan Qurani-Kərimin içinə bomba yerləşdirilib. Belə ki, terrorçuların hazırladığı əldəqayırma bombanın kabelinin bir ucu çaydana, digər ucu isə Qurana birləşib. Terrorçular bu tələni polisə qarşı hazırlayıblar.
İçinə bomba yerləşdirilən Quran polis əməkdaşları tərəfindən zərərsizləşdirildikdən sonra aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, bundan əvvəl də Cizrədəki məsciddən Quranları götürən terrorçular onları üst-üstə yığaraq sipər kimi istifadə etmişdilər.