Saatlıda qidadan zəhərlənən qadın bir həftə sonra evində ölüb

Bir həftə əvvəl Saatlı rayonunda qidadan zəhərlənən şəxs dünyasını dəyişib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonunun Sarıcalar kənd sakini, bir həftə əvvəl kolbasadan zəhərləndiyi bildirilən 59 yaşlı Mədinə Ədim qızı Abbasova fevralın 7-də evində vəfat edib.

 

Qeyd edək ki, fevralın 1-də Sarıcalar kəndində bir ailənin 3 üzvü - 26 yaşlı Zümrüd Şakir qızı Əsgərova, 5 yaşlı Zəhra Yusif qızı Əsgərzadə və 59 yaşlı Mədinə Ədim qızı Abbasova qidadan zəhərlənmə diaqnozu ilə Saatlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara lazımi tibbi yardım göstərilib.

 

Hər üç şəxsin kolbasadan zəhərləndiyi bildirilir. O da qeyd olunur ki, dünyasını dəyişən qadın vərəm xəstəsi olub.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı