Bakıda 20 yaşlı gənc özünü asdı

Bakıda intihar hadisəsi baş verib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Bayıl qəsəbəsində qeydə alınıb.

 

Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü Cavad Cəfərov Qaz Emalı Zavoduna məxsus evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv