Türkiyədə anti-terror əməliyyatı: 60 terrorçu öldürüldü

Türkiyədə keçirilən əməliyyat zamanı 60 terrorçu öldürülüb. Ötən gün Türkiyənin Şırnaq vilayətinin Cizrə rayonunda bir evin zirzəmisində və bəzi evlərdə keçirilən əməliyyat zamanı onlarla terrorçu öldürülüb.

 

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, terrorçular hüquq-mühafizə orqanlarının təslim olmaqla bağlı çağırışına məhəl qoymayan terrorçular atəş açmağa başlayıb.

 

İki saat davam edən atışmada PKK və YGD-H terror təşkilatlarının üzvü olduğu ehtimal edilən 50-dən çox terrorçu məhv edilib. "TRT Haber" kanalı öldürülənlərin sayının 60 nəfər olduğunu açıqlasa da, bununla bağlı rəsmi məlumat yayılmayıb.

 

Təhlükəsizlik qüvvələri binalarda çox sayda partlayıcı və tələ tapılması səbəbi ilə ərazidə gündüz saatlarında axtarış aparacağını qeyd edib. Bu əməliyyatla Cizrədəki anti-terror əməliyyatlarının başa çatdığı bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv