Odessada azərbaycanlı şəxsi avtomobilində amansızlıqla öldürüldü - HADİSƏ YERİNDƏN

Ukraynada azərbaycanlı qəddarlıqla qətlə yetirilib. APA TV-nin Vesti.az-a istinadən xəbərinə görə, o, gecə saatlarında şəxsi avtomobilinə əyləşən zaman naməlum şəxslərin silahlı basqınına məruz qalıb.

Həmin adamlar azərbaycanlıya iki ölümcül bıçaq zərbəsi endirib. Vurulan şəxs dərhal keçinib.

Araşdırmalara başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv