Bəzi siqaretlər ucuzlaşdı
Azərbaycanda bəzi siqaret markalarının qiyməti enib.
"Japan Tobacco International" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, bu gündən "Winston", "Sobranie" və "Camel" markalı siqaretlərin qiymətində azalma baş verib.
Bundan başqa, şirkətin istehlakçılarına təklif etdiyi "More" markalı siqaret 2 həftə öncə 1 manat 20 qəpiyə qədər ucuzlaşıb.
Şirkət rəsmisi bildirib ki, "Winston" markalı siqaretin qiyməti 3,30 manatdan 2,80 manata, böyük qutu "Sobranie" 7 manatdan 5 manata, "Camel" 3 manat 50 qəpikdən 3 manatadək enib.