Bəbir məktəbə girib 6 nəfəri yaraladı - REAL GÖRÜNTÜ

Hindistanın Bangalor şəhərində məktəblərdən birinə girən bəbir onu tutmağa çalışan 6 nəfəri yaralayıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bəbirin məktəbə yaxınlıqdakı meşəlik sahədən girdiyi güman edilir.

 

Təhlükəsizlik xidməti 8 yaşlı bəbiri tutmaq üçün 10 saata yaxın çalışıb. Heyvanı yalnız iynə ilə sakitləşdirmək mümkün olub.

 

Qeyd edək ki, yaralananlar arasında Hindistanın milli telekanallarından birinin əməkdaşı da olub.

Müəllif | Apa.Tv
Apa.tv