Şimal-qərb bölgəsində seçkilərə hazırlıq yekunlaşıb
Azərbaycanın şimal-qərb bölgəsində fəaliyyət göstərən 110 saylı Zaqatala, 111 saylı Zaqatala-Balakən və 109 saylı Balakən Dairə Seçki Komissiyalarının seçki məntəqələrində oktyabrın 9-nda keçiriləcək prezident seçkilərinə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi “Seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim-planı”na uyğun davam etdirilir. 110 saylı Zaqatala Seçki Dairəsi 42 məntəqəni əhatə edir. Dairə üzrə 45 min 083 nəfər seçici siyahı üzrə dəqiqləşdirilib. Dairənin 10 məntəqəsi müasir binalarla əvəzlənib. Bu dairə üzrə ilk dəfə 5 seçki məntəqəsinə veb-kameralar quraşdırılıb. Bu il 110 saylı DSK üzrə 1351 nəfər ilk dəfə səsə verəcək. Dairə üzrə səs verəcək 4 nəfərin yaşı 100-dən yuxarıdır. İndiyə kimi 110 saylı DSK-da seçkiləri müşahidə etmək məqsədi ilə müxtəlif siyası təşkilatları təmsil edən 129 nəfər qeydiyyatdan keçib.
111 saylı Zaqatala-Balakən Seçki Dairəsidə MSK-nın təsdiq etdiyi Tədbirlər Planına müvafiq olaraq iş qrafiki hazırlanıb. Bu dairənin 42 məntəqəsi üzrə 43 min 738 seçici sıyahıya alınıb. Onlardan 28161 nəfəri Zaqatala, 15002 nəfəri isə Balakən rayon sakinləridir. Dairənin 8 məntəqəsində veb-kameralar quraşdırılıb. Bu ilki seçkilərdə 111 saylı Zaqatala-Balakən Seçki Dairəsi üzrə 461 nəfər ilk dəfə səs verəcək. Seçicilərin 567 nəfəri 80-100 yaş arasında dəyişir. Dairənin 10 məntəqəsində əlilərin səs verməsi üçün yeni şərait yaradılıb.
109 saylı Balakən Seçki Dairəsinin tərkibinə daxil olan 35 seçki məntəqəsində seçicilərin ümumi sayı 40 min 962 nəfərdir. Seçki məntəqələrinin 8-də veb-kamera quraşdırılıb. Dairə üzrə seçicilərin 668 nəfərinin yaş həddi 80-100 yaş arasında dəyişir.