Zaqatalada 5 otaqlı ev külə döndü
Zaqatalada fərdi yaşayış evi yanıb. APA TV-nin məlumatına görə, yanğın fevralın 8-i saat 18 radələrində rayonun Danaçı kəndində, kənd sakini Saniat Ubaşovaya məxsus, ümumi sahəsi 156 kv. m olan birmərtəbəli 5 otaqlı fərdi yaşayış evində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.
Yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı FHN-in Zaqatala rayon DYMH-də araşdırma aparılır.