Bakıda qadını soyan gənc Ağdamda tutuldu

Bakıda  soyğunçuluq edən gənc Ağdam polisi tərəfindən saxlanılıb.

 

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, Ağdam rayonunun Mirəşelli kənd sakini, 29 yaşlı Razi Məmmədov şikayət əsasında polis şöbəsinə gətirilib.

 

Bakı şəhər sakini Vüsalə Babayeva Binəqədi Rayon Polis Şöbəsinə tanımadığı şəxs tərəfindən soyulduğunu bildirib. Binəqədi polisi R.Məmmədovun kimliyini müəyyən etdikdən sonra onun axtarışını elan edib. 

 

R.Məmmədovun ailəsinin yaşadığı evdə olduğunu müəyyən edən Ağdam polisi onu saxlayıb.

 

Razi Məmmədov, saxlanılan şəxs: “Eləmişəm, yaxşı eləmişəm. Əməlimdən peşman deyiləm”.

 

Hazırda Razi Məmmədovun başqa cinayətlərdə əlinin olub-olmadığı araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv