Dollar və rubl ucuzlaşdı, avro bahalaşdı
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, fevralın 8-i ilə müqayisədə ABŞ dollarının kursu manata nisbətdə aşağı düşüb. Mərkəzi Bank 1 dolların kursunu 1,5787 manat olaraq müəyyənləşdirib.
Avrozonanın vahid valyutası isə manat qarşısında bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,7695 manatdır.
Rusiya rublunun kursunda da azalma qeydə alınıb. Mərkəzi Bank 1000 Rusiya rublunun məzənnəsini 20 manat 10 qəpik olaraq açıqlayıb.
Qeyd edək ki, xarici valyutaların kursu həftə içi hər gün açıqlanır. Mərkəzi Bank yanvar ayından etibarən ABŞ dollarının kursunu bir gün əvvəldən açıqlayır.