Putindən döyüş hazırlığı əmri: Rusiya gəmiləri Xəzərdə təlimlərə başladı
Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər və Qara dənizdə təlimlərə başlayıb.
APA TV-nin Rusiya Müdafiə Nazirliyinə istinadən xəbərinə görə, hərbi gəmilər Cənub hərbi dairəsinin qoşunlarının döyüş hazırlığının yoxlanılması çərçivəsində Xəzər dənizi və Qara dənizdə minalar və şərti rəqibin sualtı qayıqlarının axtarışını həyata keçirirlər.
Qeyd edək ki, fevralın 8-də Cənub hərbi dairəsinin qoşunları və hava-desant birləşmələrinin döyüş hazırlığının qəfil yoxlaması başlayıb. Rusiya prezidenti Vladimir Putin Cənub hərbi dairəsinin qoşunlarına, o cümlədən Xəzər və Qara dəniz donanmalarının qüvvələrinə bir nömrəli döyüş hazırlığı əmri verib.