Gəncə sakini dostunu bıçaqladı

Gəncə şəhər sakini dostunu bıçaqlayıb. APA TV-nin qərb bürosunun xəbərinə görə, şəhər sakini, 1983-cü il təvəllüdlü Rabil Razim oğlu Məmmədov bədənin çox saylı kəsilmiş deşilmiş xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Dərhal əməliyyat edilən yaralının vəziyyəti ağır qiymətləndirilir.

 

Bəxtiyar Əliyev, həkim: "Gəncədə şəhər sakini şöbəyə daxil olub. Dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilib. Ağciyər yarası tikilib. Vəziyyəti keçirdiyi əməliyyata uyğundur".

 

Məlumata görə, R.Məmmədovu aralarında yaranan mübahisə zamanı dostu, 1976-cı il təvəllüdlü Namiq Telman oğlu Qənbərov bıçaqlayıb. O, könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli