Paytaxtda top mərmisi həyəcanı - ƏMƏLİYYATDAN GÖRÜNTÜLƏR

Yeni Günəşli qəsəbəsində partlamamış döyüş sursatı tapılıb. Mərmini ərazidə su kəməri çəkən işçilər aşkarlayıb.

 

Qəsəbə sakinlərinin sözlərinə görə, sözügedən ərazidə əvvəllər hərbi baza yerləşib. 1986-cı ildə həmin baza ərazidən köçürülüb. Elə mərminin də o vaxtlardan qaldığını ehtimal edilir.

 

Hadisə barədə dərhal Fövqəladə Hallar Nazirliyinin HN "qaynar xətti”nə məlumat verilib. Əraziyə nazirliyin mütəxəssisləri və xilasetmə qüvvələri cəlb edilib. Baxış zamanı aşkarlanan sursatın 76 millimetrlik top mərmisi olduğu müəyyənləşib. Nazirliyin Xüsusi Rİskli Xİlasetmə Xidmətinin istehkamçı qüvvələri mərmini çıxararaq məhv etmək üçün təhlükəsiz əraziyə aparıblar.
 

Müəllif | Apa.Tv