Almaniyada iki sərnişin qatarı toqquşdu: ölənlər var
Almaniyada iki qatar toqquşub.
APA TV-nin Vesti.ru-ya istinadən verdiyi məlumata görə, Avstriya sərhədinə yaxın, Bad-Ayblinq şəhəri yaxınlığında baş verən qəza nəticəsində 8 nəfər ölüb, 150 nəfər yaralanıb.
Qatarlardan birinin relsdən çıxdığı güman olunur. Hadisə yerində çoxlu sayda tibbi yardım briqadaları və xilasedicilər işləyir.