Sabah Bakıda yenə yağış yağacaq, bölgələrdə leysan gözlənilir

Sabah Bakıda və Abşeron yarımadasında yenə yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, sabah hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 14-17, gündüz 19-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağıntılar proqnozlaşdırılır.
Ölkə ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 1-dək davam edəcək.

Müəllif | Apa.Tv