Bakıda sərxoş sürücü qəza törətdi

Ötən gecə Nəsimi rayonunda sərxoş sürücü yol qəzası törədib. APA TV-nin məlumatına görə, Arzu Hüseynov idarə etdiyi "Volkswagen Golf" markalı avtomobillə qarşısında hərəkət edən Orxan İbrahimzadəyə məxsus "Volkswagen Passat" markalı avtomobili vurub.

 

Qəza zamanı xəsarət alan olmayıb. Müayinə zamanı qəzanı törədən "Volkswagen Golf"un sürücüsü Arzu Hüseynovun sərxoş olması məlum olub. Faktla əlaqədar araşdırmalara başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv