Bakıda 31 yaşlı kişi bıçaqlandı

Ötən gecə Sabunçu rayonunda qanlı hadisə baş verib. APA TV-nin məlumatına görə, 31 yaşlı Vüsal Ramiz oğlu Səmədov bıçaqlanıb.

 

Bakıxanov qəsəbəsi Sülh küçəsində bıçaqlanan Vüsal Səmədov özü xəstəxanaya gəlib. Müayinə zamanı yaralıda bir bıçaq xəsarəti aşkarlanıb. Hadisə barədə Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.

 

Dindirmələr zamanı Vüsal Səmədov onu bıçaqlayan şəxsi tanımadığını bildirib. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır.

Müəllif | Apa.Tv