Avro bahalaşdı, rubl kəskin ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, fevralın 9-u ilə müqayisədə ABŞ dollarının kursu manata nisbətdə aşağı düşüb. Mərkəzi Bank 1 dolların kursunu 1,5702 manat olaraq müəyyənləşdirib.
Avrozonanın vahid valyutası isə manat qarşısında bahalaşmaqda davam edir. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,7734 manatdır.
Rusiya rublunun kursunda yenə azalma qeydə alınıb. Mərkəzi Bank 1000 Rusiya rublunun məzənnəsini 19 manat 80 qəpik olaraq açıqlayıb.
Qeyd edək ki, xarici valyutaların kursu həftə içi hər gün açıqlanır. Mərkəzi Bank yanvar ayından etibarən ABŞ dollarının kursunu bir gün əvvəldən açıqlayır.