Gürcüstanda "donuz qripi"ndən ölənlərin sayı 11-ə çatdı

Acarıstanda daha bir nəfər "Donuz qripi" (H1N1) virusundan ölüb. APA TV-nin Gürcüstan mətbuatına istinadən xəbərinə görə, qripə yoluxan 66 yaşlı kişi yanvarın 29-da müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilib.

 

Bundan sonra onun vəziyyəti pisləşib və ötən gün ölüb.

 

Acarıstanın İctimai Səhiyyə Mərkəzi bölgədə indiyədək H1N1 virusundan artıq 5 nəfərin öldüyünü bildirib.

 

Qeyd edək ki, Gürcüstan üzrə "donuz qripi" virusundan bu ölüm halı da daxil olmaqla 11 nəfər dünyasını dəyişib.

 

Müəllif | Apa.Tv