Rusiyadan qayıdan Gəncə sakini özünü asdı
Gəncədə intihar hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə fevralın 9-da qeydə alınıb.
Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Taleh Qayıbov Dədə Qorqud küçəsində, yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Taleh Qayıbovun qonşularının dediyinə görə, o, Rusiyada işləyirmiş. Bir müddət əvvəl Azərbaycana gəlib. Onun bir neçə il əvvəl də özünü balkondan ataraq intihara cəhd etdiyi bildirilir.
Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.