Azərbaycan daha bir şəhid verdi
Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, hadisə fevralın 10-da qeydə alınıb. Düşmən təxribatı nəticəsində hərbi qulluqçu Rahib Nəriman oğlu Quliyev şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir.