Şimali Koreyada Baş Qərargah rəisi edam edildi

Şimali Koreyanın Baş Qərargah rəisi general Ri Yong-gil edam edilib. APA TV-nin xəbərinə görə, bu barədə Cənubi Koreyanın rəsmi xəbər agentliyi "Yonhap" məlumat yayıb.

 

Adı açıqlanmayan şəxsə istinadən yayılan xəbərdə bildirilir ki, general Ri Yong-gil "rüşvətxorluq" və "şəxsi qazancı üçün çalışmaq"da günahlandırılıb. Xəbər hələlik təsdiqlənməyib.

 

General Ri Yong-gil 2013-cü ildə ölkə başçısı Kim Jong Un tərəfindən Baş Qərargah rəisi təyin olunub. Ötən həftə edam edilən Ri Yong-gil rüşvət aldığını qəbul edib.

 

Ötən il Cənubi Koreya hökuməti Kim Jong Unun 2011-ci ildən bu yana 79 hökumət adamını edam etdirdiyini açıqlayıb. Bunların arasında "vətənə xəyanət etməkdə" günahlandırılan Kim Jong Unun əmisi və sözçüsü də var.

Müəllif | Apa.Tv
Apa.tv