DƏHŞƏT! Ana və iki körpə oğlu yol qəzasında öldü
Bakı-Quba yolunda 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən dəhşəili yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, qəza Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 109-cu km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb. "Shacman” markalı yük maşını “VAZ 2106” markalı avtomobilin üstündən keçib.
Qəza nəticəsində “VAZ 2106”-nın sərnişinləri - 36 yaşlı Xəyalə İsgəndərova, onun övladları 5 yaşlı Elnur və 6 yaşlı Elmar hadisə yerində dünyalarını dəyişiblər. Ailənin başçısı - Siyəzən rayonunun Yenikənd kənd sakini, 37 yaşlı İsgəndərov Eldəniz İsrafil oğlu və minik maşının sürücüsü - Siyəzən şəhər sakini, 25 yaşlı Orucov Samir Malik oğlu müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Hadisənin başvermə səbəbləri Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırılır.