İranın əsir götürdüyü ABŞ hərbçisi belə ağladı - DİNDİRİLMƏ ANI
İran, ABŞ dənizçilərinin yeni görüntülərini yayıb. APA TV-nin xəbərinə görə, İranın dövlət televiziyasının yaydığı görüntülərdə dənizçilərdən birinin ağladığı görünür.
Başqa bir ABŞ dənizçisinin də yanlışlıqla İran sularına girdiyi yayımlanır. Qadın dənizçi isə iranlıların onlara yaxşı baxdığını deyir.
İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) dəniz qüvvələri yanvarın 12-də İran sularına girdiyinə görə iki ABŞ qayığını ələ keçirib, qayıqlarda olan biri qadın 10 dənizçini saxlayıb.