Moskvada taciklər azərbaycanlını güllələdi

Rusiya paytaxtında azərbaycanlı güllələnib. APA TV-nin Moskva müxbirinin verdiyi xəbərə görə, hadisə bu gün baş verib. 

 

Taciklərlə azərbaycanlılar arasında baş verən mübahisə 38 yaşlı azərbaycanlı Amil Əmrahovun güllələnməsi ilə nəticələnib. 
 

“Hyundai” markalı avtomobilin qarşısını kəsən üç nəfər maskalı şəxs sərnişin Amil Əmrahova travmatik silahdan atəş açıblar. Sonra özləri həmin maşına əyləşərək hadisə yerindən uzaqlaşıblar. Amil Əmrahov isə qan içində yaralı vəziyyətdə yerdə qalıb.
 

Hadisənin şahidləri təcili tibbi yardım çağırıblar. Yaralı xəstəxanaya çatdırılıb, vəziyyətinin normal olduğu bildirilir. 
 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Rusiya mətbuatı insidentin azərbaycanlılarla taciklər arasındakı kriminal mübahisə nəticəsində baş verdiyini yazır.

Müəllif | Apa.Tv
Apa.tv