Xaçmazda dəhşətli qəza İKİ NƏFƏR DİRİ-DİRİ YANDI

Bazar günü Xaçmaz rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Xaçmaz-Qımılqışlaq kənd yolunun 3-cü km-də qeydə alınıb. Xaçmaz rayonunun Mirzəmmədoba kənd sakini, 45 yaşlı Xankişiyev Şakir Balaəhməd oğlunun idarə etdiyi “Ford” markalı avtomaşın yolun kənarındakı ağaca çırpılıb. Daha sonra isə maşın yanmağa başlayıb.

 

Qəza nəticəsində sürücü, eləcə də, maşındakı sərnişin - Xaçmaz rayonunun Mirzəmmədoba kənd sakini 43 yaşlı Ramazanov Siracəddin Ramazan oğlu hadisə yerində ölüblər.

 

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Vəli Turan