Bakıda 21 yaşlı qadını maşın vurdu

Bakının Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsindəki dairədə “Tofaş” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.

 

Müxtəlif xəsarətlər alan piyada, 21 yaşlı Ağgül Abdullayeva təcili tibbi yardım avtomobili ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər piyadada kəllə-beyin travması və çoxsaylı sınıqların olduğunu müəyyən ediblər.

 

Hadisə yerində yol polisi əməkdaşları olublar, müayinələr aparılıb, ölçülər götürülüb.

 

Hadisəni törədən avtomobil cərimə meydançasına yerləşdirilib, sürücünün ifadəsi alınıb. Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib. Araşdırmalar davam edir.

Müəllif | Apa.Tv
Apa.tv