Maşınla vurulan 12 yaşlı uşaq öldü - TOVUZDA QƏZA
Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qovlar-Aşağı Quşçu avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil yolu keçmək istəyən azyaşlını vurub.
Qovlar qəsəbə sakini Elçin Allahverdiyevin idarə etdiyi avtomobillə vurulan 2004-cü il təvəllüdlü Eşqin Ələkbərov hadisə yerində ölüb.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.