Dollar və avro ucuzlaşdı, rublun kursu dəyişməz qaldı

Azərbaycan Mərkəzi Bankı günün valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dolları manat qarşısında növbəti dəfə ucuzlaşıb. Mərkəzi Bank dolların kursunu 1,5659 manat olaraq müəyyənləşdirib. Bivalyuta səbətinə daxil olan avro da manat qarşısında dəyər itirib. Avronun rəsmi məzənnəsi 1,7684 manat olaraq açıqlanıb. Rusiya rublunun məzənnəsi isə dəyişməz qalıb. Hazırda 1000 Rusiya rublu 19 manat 80 qəpikdir.

 

Mərkəzi Bank valyuta məzənnələrini həftə işi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır. 

Müəllif | Apa.Tv
Apa.tv